Ənsarullah: İsrail Livana quru hücumlarında çox pis məğlub olacaq

Ənsarullah: İsrail Livana quru hücumlarında çox pis məğlub olacaq

Yəmən Ənsarullah Hərəkatının lideri sionistlərin Livanın hərbi sənaye və raket baxımından çox qüdrətli olduğunu vuğulayıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Seyid Əbdül Məlik Əl Husi dünən (26 sentyabr) deyib: Sionist rejimin Livana hücumları Fələstin xalqına qarşı cinayətlərinin davamıdır. İşğalçı rejim Qəzzə zolağında törətdiyi cinayətlər inanılmaz dərəcədə dəhşətlidir. Amma onlar hələ də öz əsas məqsədlərinə çatmayıb və hətta girovlarını belə azad etməyə nail olmayıb. Bu isə Həmasın qələbələrindən biridir.

Əbdül Məlik Əl Husi əlavə edib: Livan müqavimətinin Qəzzə xalqına dəstəyi təqdirəlayiqdir və müqavimət cəbhəsinə bir dayaqdır.

Ənsarullah lideri həmçinin sionist rejimin Livana hquru hücumlarının onun məhvi ilə nəticələnəcəyi və tamamilə məğlubiyyətinə səbəb olacağını da diqqət mərkəzinə çəkib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib