Ənsarullah: İslam ümmətinin sükutu sionistləri daha da cürətləndirir

Ənsarullah: İslam ümmətinin sükutu sionistləri daha da cürətləndirir

Yəmən Ənsarullah Hərəkatının lideri ilam ümmətinin sionist rejim cinayətləri qarşısındakı sükutunun onları daha da cürətləndirdiyini deyib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Əbdül Məlik Bədrəddin Əl Husi bu gün (22 may) deyib: İslam ümmətinin üzərində böyük bir məsuliyyət var və o da məzlum Fələstin xalqının müdafiəsi və dəstəyidir. Bu məsuliyyətdən boyun qaçırmaq təhlükəlidir. Çünki əslində bu məsuliyyət Allah dərgahında olan bir vəzifədir.

Əl Husi əlavə edib: İslam ümməti Fələstin xalqına çox kömək edə bilər. Amma bu xalqın sionist rejim cinayətlərinə məruz qaldığını görüb susmaq, islam ümməti üçün təhlükəli bir məqamdır. Çünki bu susqunluq işğalçı rejimi da cürətləndirir və cinayətlərinin davamı üçün onlara güc verir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib