Yəmən Ənsarullah Hərəkatı Siyasi Bürosunun üzvü: Yəmənlilər hələ də ayıq-sayıq vəziyyətdədirlər, ABŞ və sionist düşmən Qəzzaya qarşı müharibənin yenidən başlanmasına qarşı xəbərdarlıq edirik.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Hizam əl-Əsəd bu gün (3 mart) deyib: Gözlər Qəzzada, əllər tətikdədir.
Qeyd edək ki, sionistlərin atəşkəsin ikinci mərhələsinə keçidinin qarşısını almaq üçün aldatma yolu ilə müqaviməti şantaj etməyə çalışdıqları və müharibəni yenidən başlatmaqla təhdid etdikləri bir şəraitdə Yəmənin Ənsarullah Hərəkatı əvvəldən vurğuladığı kimi, ABŞ və İsrailin Qəzzaya hücumlarının yenidən başlayacağı təqdirdə Yəmənin yenidən meydanlara girəcəyi ilə bağlı sionistlərə xəbərdarlıq edib.
Hizam əl-Əsəd əlavə edib: Qəzzada müharibə yenidən başlayarsa, Amerikanın bölgədəki maraqlarını hədəfə alacaq hərtərəfli müharibəyə girməyə hazırıq.