Ənsarullah: Amerika Yəmənlə müharibədə uduzdu

Ənsarullah Amerika Yəmənlə müharibədə uduzdu

Ənsarullah Hərəkatı İnformasiya şöbəsinin müdir müavini Yəmən-Amerika atəşkəs razılaşmasına reaksiya olaraq ABŞ-ın məğlub olduğunu və artıq İsrailə dəstəkdən əl çəkdiyini vurğulayıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Nəsrəddin Amir dünən axşam (7 may) deyib: ABŞ prezidenti sonunda İsrail gəmilərini qorumaqdan əl çəkmək qərarına gəldi. Amma biz Qəzzəyə dəstəyimizi olduğu kimi davam etdirəcəyik. Bizim yolumuz aydındır və işğalçılarla mübarizəmizi genişləndirmək üçün silah potensiallarımızı genişləndirir, Tel Əvivi Qəzzə əleyhinə təcavüzlərini dayandırmağa vadar edəcəyik.

Amir əlavə edib: Biz İsrail gəmilərinin Qırmızı dənizdə üzməsinə əsla izin verməyəcəyik. Razılaşma təklifi isə ABŞ prezidenti tərəfindən irəli sürüldüyü üçün onların Yəməndə məğlub olduğunun göstəricisidir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib