Ənsarullah: ABŞ sionist rejimin Livan və Qəzzədəki cinayətlərinə şərikdir

Ənsarullah: ABŞ sionist rejimin Livan və Qəzzədəki cinayətlərinə şərikdir

Yəmən Ənsarullah Hərəkatı siyasi bürosu bəyanat yayaraq ABŞ-ın  sionist rejimin İordan çayı qərb sahili, Qəzzə və Livanda törətdiyi cinayətlərə dəstək verdiyini və onun da bu təcavüzkarlıqda şərik olduğunu deyib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Ənsarullah Hərəkatı dünən (29 yanvar) sionist rejimin Cenin düşərgəsindəki amansız cinayətləri və fələstinlilərin digər ölkələrə məcburi köçürülməsi planlarını pisləyib.

Bəyanatda deyilir: Biz Livanın cənubunda düşmən sionist təcavüzkarlıqları və beynəlxalq vasitəçilərin gözü önündə atəşkəsi pozmasını sərt tənqid edir, ABŞ dövlətinin fələstinliləri digər ərəb ölkələrinə köçürülməsi mövqeyini pisləyirik. Çünki fələstinlilərin Qəzzədən məcburi köçürülməsi bir növ dolayısı yolla sionist düşmənin öz çirkin məqsədinə çatması deməkdir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib