Ənsarullah: ABŞ-ın Yəmənə təcavüzünün heç bir əsaslandırması yoxdur

Ənsarullah: ABŞ-ın Yəmənə təcavüzünün heç bir əsaslandırması yoxdur

Ənsarullah: ABŞ-ın Yəmənə təcavüzünün heç bir əsaslandırması yoxdur

Yəmən Ənsarullah Hərəkatı siyasi bürosunun yüksək rütbəli rəsmisi ABŞ-ın ölkəsinə qarşı hücumları üçün heç bir yetərli əsaslandırmasının olmamasını qeyd edərək, bu təcavüzlərin cavablandırılacağını deyib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Məhəmməd Əl Bəxiti bu gün ( 15 mart) deyib: Sionist rejim Qəzzə atəşkəs razılaşmasına riayət etmədiyi üçün bizin hədəfimiz sadəcə İsraildir. Yəmənin dəniz əməliyyatları isə Qəzzə mühasirədən çıxana qədər davam edəcək.

Əl Bəxiti ABŞ dövləti ilə birbaşa müzakirələrin müsbət olduğunu ifadə edərək qeyd edib: Biz öz mövqeyimizi açıq-aşkar bəyan etdik. Amma İsrail baş naziri Benyamin Netanyahunun bu xüsusda ABŞ dövləti ilə hər hansı bir razılaşması onun özünü problemlə üzləşdirəcək və bizim mövqeyimizə təsiri olmayacaq.

Related posts

Amerikada soyqırıma qarşı çıxsanız, sizinlə belə davranacaqlar! -video

Əkrəm İmamoğlu, Ərdoğanın əsas rəqibi həbs edildi – video

Tramp və Putin: İran elə bir vəziyyətə gətirilməməlidir ki, İsraili yox etsin