Eli Kohen Ceyhun Bayramovla görüşdə: İrana qarşı birlikdə hərəkət etməliyik

QafqazTimes xəbər verir ki, Azərbaycan Respublikası və sionist rejimin xarici işlər nazirləri çərşənbə günü işğal olunmuş Fələstində ikitərəfli görüşdən sonra birgə mətbuat konfransında iştirak ediblər.

Trend İnformasiya Agentliyi və Azərbaycan Respublikasının digər KİV-ləri xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov işğal olunmuş Fələstinə səfəri zamanı sionist həmkarı ilə görüşüb və bu görüşdən sonra hər iki tərəf birgə mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, sionist rejimin xarici işlər naziri Eli Kohen bu mətbuat konfransında sionist rəsmilərin anti-İran iddialarını təkrar edərək, Azərbaycan Respublikası kimi bu rejimin də İran təhlükəsi ilə üz-üzə olduğunu iddia edib.

Qərbi Asiya regionunda nüvə silahının yeganə sahibi olan ölkənin xarici işlər naziri Azərbaycan Respublikasının xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında sionistlərin İranın terrorizmə dəstəyi ilə bağlı yalan və əsassız iddialarını təkrarlayaraq, İranın sülhməramlı nüvə proqramına qarşı mövqe tutub.

Eli Kohen iddia edib: “Azərbaycan və İsrail İran təhlükəsi ilə bağlı eyni fikirdədirlər. İran terrorçuluğu dəstəkləmək və maliyyələşdirməklə regionumuzu təhdid edir və Yaxın Şərqdə qeyri-sabitlik yaradır. İrana qarşı birlikdə hərəkət etməliyik. Biz İranın nüvə potensialını genişləndirməsinə imkan verməməliyik.”

Trend xəbər agentliyinin məlumatına görə, sionist rejimin xarici işlər naziri həmçinin iddia edib: “İki ölkə (bu rejim və Azərbaycan Respublikası) bunu siyasi və iqtisadi vasitələrdən istifadə etməklə və eyni zamanda etibarlı və qətiyyətli hərbi təhdid formalaşdırmaqla edə bilər.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya