Eli Kohen: Ərəb ölkələri bizimlə diplomatik əlaqələri normallaşdırmağa razıdır

Sionist rejimin xarici işlər naziri iddia edib: Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələri normallaşdırdıqdan sonra daha 6-7 ərəb ölkəsi bizimlə münasibətləri yaxşılaşdırmaq istəyir.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Eli Kohen Kan televiziyası ilə müsahibədə deyib: Riyazla sülh bağlamaq islam dünyasının əksər hissəsi ilə sülh etmək deməkdir.

Sionist rejim naziri həmçinin bir sıra Afrika və Asiya ölkəsinin də Tel Əvivlə əlaqələri yaxşılaşdırmaq istəydiyini, amma adlarını verə bilməyəcəyini də vurğulayıb.

Qeyd edək ki, Ərəbistan vəliəhdi ötən çərşənbə günü Fax Newsla müsahibəsində İsraillə münasibətlərin normallaşmasının yaxınlaşdığını, amma Fələstin məsələsinin prioritet daşıdığını demişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur