Əl Qəssam sionistləri tələyə düşürdü

Əl Qəssam sionistləri tələyə düşürdü

Həmasın hərbi qolu olan Əl Qəssam Briqadalarının Qəzzə zolağında sionist hərbçilər üçün qurduğu tələdə bir neçə sionist həlak olub və yaralanıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmas bu gün (5 may) bəyanat yayaraq Xan Yunus məntəqəsində sionist hərbçiləri hədəfə alıb və nəticədə bir neçəsi həlak olub və yaralanıb.

Məlumata görə, digər bir əməliyyatda sionistlərin bir tankı və hərbi buldozeri də sıradan çıxıb və əməliyyat Əl Yasin – 105 raketi ilə həyata keçib.

Fələstin İnformasiya qaynaqları həmçinin Əl Kiramə və Əl Səlatin yaşayış məntəqələrində sionistlərin hücumu nəticəsində 19 fələstinlinin şəhid olması barədə də xəbərlər yayımlayıblar. Bu məntəqələrdə sionistlərin hücumu nəticəsində yaralılar da istisna olunmur.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur