İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Fələstin müqavimətinin dörd sionist məhbusun cənazələrini təhvil vermək qərarını açıqlayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Übeydə deyib: Biz İtzaçi İdan, İtzik əl-Carit, Ohad Yəhlumi və Şlomi Mansurun cəsədlərini bu gecə təhvil verməyə qərarına gəldik.
Bununla əlaqədar olaraq, Fələstinli Məhbusların İnformasiya İdarəsi də elan edib: Saat 10-dan gecə yarısına qədər Qəzza zolağına gəlməsi gözlənilən fələstinli məhbusları qarşılamaq üçün Xan Yunisdəki Avropa Xəstəxanasında hazırlıqlar başlayıb.
Ofis bu hərəkətin müqabilində şənbə günü məhbus mübadiləsinin yeddinci mərhələsində azad edilməli olan, lakin İsrail rejiminin təxribatı səbəbindən baş tutmayan fələstinli məhbusların bu gecə azad ediləcəyini açıqlayıb.
Həmas sözçüsü Hazem Qasim də bu gün Əl-Ərəbi kanalına müsahibəsində Qəzza zolağından olan uşaq və qadın məhbuslarla birlikdə yeddinci qrupun bütün məhbuslarının azad ediləcəyini bildirərək deyib: Bu razılaşmanın həyata keçirilməsi sionist rejimin yaxın günlərdə razılaşmalara nə dərəcədə əməl etməsindən asılıdır.