Əl Qəssam Batalyonları sabah azad etməyi planlaşdırdığı 4 qadın girovun adını elan etdi

Əl Qəssam Batalyonları sabah azad etməyi planlaşdırdığı 4 qadın girovun adını elan etdi

Əl Qəssam Batalyonları sabah azad etməyi planlaşdırdığı 4 qadın girovun adını elan etdi

Əl Qəssam Batalyonlarının sözçüsü yanvarın 25-də azad etməyi planlaşdırdığı 4 qadın girovun adını açıqlayıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Əbu Übeydə bu gün (24 yanvar) telegram kanalında yazıb: Əl Əqsa Tufanı razılaşmasının əsir mübadiləsi bəndi çərçivəsində sabah (25 yanvar) 4 israilli qadın azad ediləcək.

Onların İsrail ordusunda xidmət etdikləri bildirilir.

“İsraillə mübadilə sazişi çərçivəsində biz 25 yanvarda hərbçilər – Karina Ariyev, Daniela Gilboa, Naama Levi və Liri Albaqı azad etməyi qərara aldıq”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, Əl Qəssam Batalyonlarının Əl Əqsa Tufanı razılaşması çərçivəsində ilk girov mübadiləsi ötən şənbə günü icraya başlayıb.

Related posts

İsraillə əməkdaşlıq edən şirkətin mühakimə edilməsi tələb olundu- video

Netanyahu cümə namazını Məscidül-Əqsada məhdudlaşdırdı

Sionist media: Qəzzə müharibəsi 10 gün sonra yenidən başlayacaq