Əl-Qəssam 10 sionist hərbiçini ovladı – Video

Həmas İslami Müqavimət Hərəkatının hərbi qolu olu olan “Əl-Qəssam” batalyonu uğurlu əməliyyat nəticəsində sionist rejim ordusunun Qəzzə zolağının şimalında yerləşən Cibaliyyədə 10 əsgərini öldürüb.

Əl-Qəssam Briqadası bəyanatında bildirib ki, 10 sionist əsgərin Cibaliyyədə yerləşən Əl-Qəsasib məhəlləsindəki Ərz Süleyman bölgəsindəki bir evə daxil olmasından dərhal sonra döyüşçülərimiz evi güclü partlayıcılarla partladıblar və onlardan on əsgər həlak olub.

Dünən Əl-Qəssam döyüşçüləri Qəzza zolağının şimalındakı Cibaliya düşərgəsinin qərbindəki əs-Saftavi bölgəsində Merkava 4 tankını hədəfə alıblar və bu zaman daha 5 zabit və əsgər həlak olub.

Sionist ordusunun sözçüsü sionistlərin öz itkilərini gizlətmələrinə baxmayaraq, müqavimət qüvvələrinin dünənki ağır hücumlarına toxunaraq, etiraf edib ki, onların ən azı 5 əsgəri, o cümlədən Eylat batalyon komandiri həlak olub.

Qafqaztimes

Al-alam

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?