Əl Məyadin: Vəfiq Səfanin terroru uğursuz oldu

Əl Məyadin: Vəfiq Səfanin terroru uğursuz oldu

Livan müqavimətinin məlumatlı mənbəyi sionist rejimin Beyruta terror hücumunda Vəfiq Səfanın şəhid olduğunu təkzib edərək onun sağ-salamat olduğunu deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bu mənbə dünən (10 oktyabr) deyib: Hizbullah rəsmi bəyanat yayımlamasa da sionist rejimin Vəfiq Səfaya qarşı terraktı uğursuz oldu.

Sionist medialar da Vəfiq Səfaya qarşı dünən axşamkı terrorun uğursuz olduğunu etiraf edərək bu əməliyyatın məhz onun (Vəfiq Səfa) öldürülməsi üçün planlaşdırıldığını iddia edib.

Qeyd edək ki, dünən axşamüstü Livan mediaları sionist rejimin Beyrutun Əl Nəviri və Rəsun Nəbə bölgəsinə hücumlarından xəbər vermişdi.

Livan mediaları bu hücumda 18 nəfər şəhid olduğu və 92 nəfərin yaralandığı barədə məlumat verib.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir