Əl-Husi: Yəmənin prioriteti Qəzzaya kömək etməkdir

Əl-Husi: Yəmənin prioriteti Qəzzaya kömək etməkdir

 Yəmənin Ali Siyasi Şurasının üzvü ABŞ-ın Ənsarullahı terror təşkilatları siyahısına daxil etmək qərarına cavab olaraq, bu qərarın onlar üçün əhəmiyyətsiz olduğunu və Yəmənin əsas prioritetinin Qəzzaya yardımların çatdırılması olduğunu bildirib.

Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Məhəmməd Əli əl-Husi bu gün (7 mart) deyib: Bizim prioritetlər legitimliyi olmayan ABŞ qərarından daha vacibdir. Qəzzəyə yardım göndərilməsinin qarşısını almaq və sülh razılaşmalarını pozmaq Amerika terrorizmidir. Yəmənin dəniz əməliyyatları vasitəsilə Qəzzaya verdiyi dəstək isə qanuni bir mövqedir.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio dünən verdiyi açıqlamada ölkəsinin Yəməndəki Husi hərəkatını (Ənsarullah) bir daha terror təşkilatı kimi tanıdığını açıqlayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib