Əl Əzhər: Müqavimət şəhidləri terrorçu deyil

Əl Əzhər: Müqavimət şəhidləri terrorçu deyil

Misirin Əl Əzhər Universiteti bəyanat yayaraq sionist rejim medialarının yalanları və Fələstin müqaviməti barədə təhriflərini ifşa etməyin lazım olduğunu vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Əl Əzhər Universiteti dünən gecə (17 oktyabr) bəyanat yayıb. Bəyanatda müqavimət şəhidlərinin terrorist olmadığı vurğulanaraq deyilir: Bu bəyanat Həmas siyasi bürosunun lideri Yəhya Sinvarın şəhid olunması xəbərindən sonra yayımlandı.

Əl Əzhərin rəsmi X sosial media hesabında yayımlanan bəyanatda deyilir: Sionist cinayətkar ərəb torpaqlarını fəsada düçar edib. Bu işğalçı rejim minlərlə insanı qətl edərək milyonlarla fələstinlin evini xarabalığa çevirib. Bütün bu hadisələr dünya ölkələrinin gözü qarşısında baş verir və ümumi fikirləri aldatmaq, saxta məlumatlarla insanların gördükləri həqiqətlərdən yayındırmaq cəhdləri də hamıya məlumdur.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir