Ekofəallar məşhur rəssamın rəsmini korlayıblar (Video izlə)

Ekofəallar Stokholm Milli Muzeyində fransız rəssamı Klod Monenin “Rəssamın Civernidəki bağı” tablosuna boya sürtüblər.

Muzeyin mətbuat xidmətindən verilən məlumata görə, ekofəallar əvvəlcə qoruyucu şüşənin altında olan tablonun üzərinə boya çəkilmiş əllərini yapışdırıb, sonra isə boyanı yayıblar.

Bərpaçılar tabloya hər hansı ziyanın dəyib-dəymədiyini müəyyən etmək üçün baxış keçiriblər.

Hadisə yerinə gələn polis iki qadını həbs edib. Onların hərəkətləri vandalizm aktı kimi qiymətləndirilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi