Əhmədabadda sərnişin təyyarəsi yaşayış məntəqəsinə düşdü: 242 nəfərin hamısı həlak olub

Hindistanın Əhmədabad şəhərində İngiltərənin Birmingem şəhərinə uçan Air India aviaşirkətinə məxsus sərnişin təyyarəsi yaşayış məntəqəsinə düşüb. Təyyarənin göyərtəsində 242 sərnişin olub.

Yerli media qurumlarının verdiyi məlumata əsasən, hadisə nəticəsində göyərtədə olan bütün şəxslər həlak olub. Qəza yerinə çoxsaylı xilasedici və təcili tibbi yardım qrupları cəlb olunub. Ölən və yaralanan yerli sakinlərin olub-olmadığı ilə bağlı araşdırmalar davam edir.

Qəzaya səbəb kimi ilkin mərhələdə texniki nasazlıq ehtimal edilir, lakin Hindistan Mülki Aviasiya Təşkilatı hadisə ilə bağlı rəsmi təhqiqat başladıldığını açıqlayıb.

Təyyarənin yerə çırpılma və partlayış anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib