Ədən körfəzində daha bir gəmi vuruldu

Ədən körfəzində daha bir gəmi vuruldu

İngiltərə Dəniz Ticarət Əməliyyatı Təşkilatı Ədən körfəzində bir gəminin qəzaya uğradığından xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Dəniz Ticarət Əməliyyatı Təşkilatı (UKMTO) bu gün (31 avqust) Ədən körfəzində bir gəminin raket hücumlarına məruz qaldığını elan edərək deyib: Bu gəmi 2 dəfə raketlə vurulub. Birinci raket 50 metrlik məsafədə gəminin ön hissəsinə, 2-ci raket isə çox dəqiqliklə gəminin arxasına dəyib.

Yəmən mediaları hələ bu hücum barədə heç bir məlumat yaymayıb.

Yəmən silahlı qüvvələri son zamanlarda Qırmızı dənizdə hərbi əməliyyatlarını gücləndirib və sionist rejim məqsədli gəmilərin işğal olunmuş Fələstinə getməsinə maneələr yaradırlar.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib