DYP avtomobili yoldan çıxaraq kanala düşdü (Video izlə)

Lənkəranda Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə qəza baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, YPX avtomobili kanala düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə xidməti avtomobil hərəkətdə olarkən yaranmış texniki nasazlıq səbəbindən baş verib:

“Hadisə nəticəsində heç kim xəsarət almayıb, o cümlədən nəqliyyat vasitəsinə hər hansı zərər dəyməyib”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir