Dünyanın ən yaşlı qadını vəfat etdi – FOTO

Dünyanın ən yaşlı qadını adlandırılan Cənubi Afrikadan olan 7 uşaq anası Yohanna Mazibuko 128 yaşında vəfat edib.

Qadın üç fərqli əsrdə yaşayıb və Cənubi Afrikanın Şimal-Qərb əyalətindəki evində dünyasını dəyişib.

Onun qəyyumu və baldızı Tandive Vesinyanın sözlərinə görə, qadın insultdan ölmüş ola bilər.

Qeyd edək ki, Mazibukonun dünyanın ən yaşlı qadını olması ilə bağlı məlumatlar rəsmi olaraq təsdiqlənməyib. Hazırda ABŞ əsilli Maria Branyas Morera Ginnesin Rekordlar Kitabına görə dünyanın ən yaşlı insanı sayılır. 2023-cü ilin yanvarında onun 115 yaşı tamam olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi