Dünyanın ən yaşlı pişiyi Ginnesin Rekordlar Kitabına düşə bilər – FOTO

İngiltərənin Norviç şəhərində 31 yaşlı Rozi adlı pişik dünyanın ən yaşlısı elan edilərək Ginnesin Rekordlar Kitabına düşə bilər.

Pişiyin sahibi 72 yaşlı Lila Brisset 1991-ci ildə onu bala ikən saxlamağa başlayıb. Yaşlı olmasına baxmayaraq, ev heyvanının bütün dişləri yerindədir. O, uzun ömründə cəmi iki dəfə baytar həkimə müraciət edib: 1990-cı illərdə sterilizasiyaya və 2018-ci ildə kistaya görə.

Rozinin iyunda 32 yaşı tamam olacaq. O, 2022-ci ildə Ginnesin Rekordlar Kitabı tərəfindən ən yaşlı pişik kimi tanınan Flossidən beş yaş böyükdür.

L.Brissettin dediyinə görə, Rozi bütün günü pəncərənin yanında yatır.

“Mən tez-tez onun sağ olub-olmadığını və nəfəs aldığını yoxlamalı oluram. Onun ölümü həyatımda böyük bir boşluq buraxacaq”, – deyə heyvanın sahibəsi qeyd edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi