Dünyanın ən təhlükəli şəhəri məlum oldu (Video izlə)

Meksikanın qərbində yerləşən eyniadlı ştatın paytaxtı Kolima 2022-ci ildə dünyanın ən təhlükəli şəhəri olub.

Ölkənin İctimai Təhlükəsizlik və Cinayət Mühakiməsi üzrə Vətəndaş Şurası qeyri-hökumət təşkilatının ekspertləri son reytinqlərində belə qənaətə gəliblər.

Keçən il Kolimada adam öldürmə nisbəti hər 100.000 sakinə 182 olub.

“Bu, 300 min nəfərdən çox əhalisi olan dünyanın 50 ən təhlükəli şəhərini əhatə edən tədqiqatlara başladığımız 2009-cu ildən bəri üçüncü ən yüksək göstəricidir”, – deyə siyahının müəllifləri qeyd ediblər.

Bildirilib ki, rekord 2010-cu ildə Meksikanın Syudad Xuarez şəhərində qeydə alınıb. Həmin ildə şəhərdə 100.000 sakinə 229 qətl düşüb.

Reytinqi tərtib edənlərin fikrincə, dünyanın ən təhlükəli 50 şəhərindən 17-si Meksikada, 10-u Braziliyada yerləşir. ABŞ, Kolumbiya, Cənubi Afrika və Honduras müvafiq olaraq 7, 6, 4 və 2 yaşayış məntəqələri ilə siyahıda təmsil olunub. Avropa və Asiyanın iri şəhərləri siyahıya daxil edilməyib.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)