Dünyanın ən sürətli elektromobili hazırlandı – FOTO

Çinin GAC şirkəti “Aion Hyper SSR” adlı elektrik hiperkarını təqdim edib.

O, bazara iki versiyada çıxacaq. Onlardan ən güclüsü 1225 at gücü hasil edəcək və 1,9 saniyəyə saatda 100 kilometr sürət yığacaq.

Elektromobil 900 voltluq akkumulyator, minimalist interyer və süni intellektə malik qabaqcıl elektronika ilə təəchiz ediləcək.

“Aion Hyper SSR”in Çin bazarında satışı gələn ildən başlayacaq. Onun alışı təxminən 313 min dollara başa gələcək.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi