Dünyanın ən güclü teleskopu ilk dəfə Marsın şəklini çəkdi – FOTO

Dünyanın ən güclü kosmik teleskopu “James Webb” Marsın ilk şəkillərini və spektrlərini çəkib.

Yeni fotolar NASA-nın saytında dərc olunub.

Alimlərin fikrincə, Marsın yeni “istilik xəritəsində” sərin bölgələr – qütblər və şimal yarımkürəsi müşahidə olunur. Şəkildə onlar bənövşəyi və qırmızı rənglərlə göstərilib.

Narıncı və sarı rənglər daha isti bölgələri göstərir. Sol hissədə böyük bir sarı hissə var ki, bu, Günəşin, demək olar ki, zenitdə olduğu zamandır. Sarı rəngin içərisindəki narıncı ləkə Ellada hövzəsidir. Atmosfer effektlərinə görə daha tünd rəngdə əks olunub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi