Dünyanın ən gəlirli filmi belə çəkilib – Kadr arxasından maraqlı görüntülər (Video izlə)

Sosial şəbəkələrdə üç Oskar və bir Qızıl Qlobus mükafatını almış “Avatar” filminin kadrarxası görüntüləri paylaşılıb.

Sözügedən görüntülər 3.6 milyon dəfədən çox baxılıb, 71 mindən çox layk alıb.

Sosial şəbəkə istifadəçiləri elmi-fantastik filmin çəkilişlərinə heyrətlərini ifadə ediblər.

Qeyd edək ki, 2009-cu ildə çəkilən film ABŞ istehsalıdır. Film insanların və Navi adlı yadplanetlilərin qarşılıqlı əlaqələrini, xüsusilə insanların Navi aləminə xətərli müdaxiləsini təmsil edir. Kompüter qrafikasıyla zəngin “Avatar” dünyanın ən gəlirli (2 milyard dollardan çox) filmi olub. Filmin distribüteri “20th Century Fox” kinokompaniyasıdır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi