Dünyanın ən böyük fondu İsraili dəstəkləyən şirkətlərlə əməkdaşlığa son qoyur

Norveçin milli sərvət fondu ölkənin maliyyə nazirliyinə İsrailə kömək edən bəzi şirkətlərə investisiyaları dayandırmağı tövsiyə edib.

Qafqaztimes xəbər verir ki, Norveçin milli sərvət fondu etik standartlarını sərtləşdirməklə, Qəzza müharibəsində İsrailin işğalçı rejiminə kömək edən bəzi şirkətlərlə əməkdaşlığı dayandırmağı və bu şirkətlərdən paylarını geri çəkməyi planlaşdırır.

Reuters-in məlumatına görə, dünyanın ən böyük investisiya fondu olan Norveçin 1,7 trilyon dollarlıq suveren fondu İordan çayının qərb sahilində fəaliyyət göstərən şirkətlərin paylarını nəzərdən keçirməyi planlaşdırır.

Məlumata görə Amerikanın silah istehsal edən şirkətləri də araşdırılacaq. Lakin yeni meyarlara aid olacaq şirkətlərin sayı və adları hələ müəyyən edilməyib.
Bununla bağlı yekun qərarı Norveç Mərkəzi Bankı Şurası verməlidir, həmçinin Norveç Sərvət Fondunun Etika Şurasının bu ölkənin Maliyyə Nazirliyinə məktubuna əsasən, bu vəziyyətə çoxlu şirkət daxil edilməyəcək.

Al-alam

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri