Dünyada yeganə olan 2,3 milyon dollarlıq avtomobil cəmi üç saniyə salamat qala bildi – VİDEO

Dünyada cəmi bir nüsxə olan 2,3 milyon dollar dəyərindəki “Lotus Evija X” hiperkarı yarışın başlamasından üç saniyə sonra qəzaya uğrayıb.

Unikal superkar Qudvud Sürət Festivalı zamanı startdan dərhal sonra divara çırpılıb.

Avtomobilin təkərləri sürüşməyə başlayıb və nəticədə sürücü idarəetməni itirib.

Bildirilir ki, sürücünün sağlamlığı üçün təhlükə yoxdur. Superkara gəlincə, onun ön hissəsindəki bəzi hissələr zədələnib.

“Lotus Evija X” Britaniya brendi tərəfindən 2023-cü ildə yaradılmış unikal konsept avtomobildir. O toplam 2039 at gücü hasil edən dörd elektrik mühərrikinə malikdir. Avtomobilin maksimal sürəti 349 km/saatla məhdudlaşdırılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi