Dünyada ən çox nefti olan ölkə təbii sərvətlərlə zəngin daha bir ərazini torpaqlarına qatdı – FOTO

Venesuela Prezidenti Nikolas Maduro qonşu Qayananın qərb hissəsini – Essekibonu ölkənin 24-cü ştatı elan edib. O, Venesuela Milli Assambleyasını mübahisəli əraziləri qorumaq üçün qanun qəbul etməyə çağırıb. Yeni ştat Qayana-Essekibo adlandırılıb.

Nikolas Maduro ilhaq edilmiş ərazidə qaz, neft və faydalı qazıntıların istehsalı üçün lisenziya verən departamentlərin yaradılmasını təklif edib, delimitasiya olunmamış dənizdə fəaliyyət göstərən neft şirkətlərinə isə əməliyyatları başa çatdırmaq üçün üç ay vaxt verib.

Xatırladaq ki, dünyada ən çox nefti olan ölkə – Venesuelada dekabrın 4-də referendum keçirilib, nəticədə ölkə vətəndaşlarının təxminən 95%-i Essekibonun ölkəyə daxil edilməsinə səs verib. Mübahisəli ərazidə də zəngin neft və qaz yataqları var.

Qayana prezidenti İrfaan Əli Venesuelanın Essekibonu ilhaq etmək üçün referendum keçirdiyini bildirib.

Qeyd edək ki, bölgənin mülkiyyəti ilə bağlı mübahisə 19-cu əsrdən bəri davam edir. Venesuela və Qayana arasında münaqişə 2015-ci ildə Essekiboda zəngin neft və qaz yataqlarının aşkarlanmasından sonra kəskinləşib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi