Dünyada ən aktiv vulkanlardan biri baş qaldırdı – FOTO/VİDEO

Havay adalarında dünyada ən aktiv vulkanlardan olan Kilauea vulkanı 3 aylıq fasilədən sonra yenidən baş qaldırıb.

Vulkanın zirvə kraterində püskürmə baş verib.

Bu barədə ABŞ Geoloji Tədqiqat Xidmətinin (USGS) Havay Vulkan Rəsədxanası məlumat verib.

Məlumata görə, Kilauea zirvəsinin kamera görüntülərində püskürmənin başlandığını göstərən parıltılar müşahidə olunub.

Püskürmənin başladığı Halemaumau kraterində əmələ gələn çatlardan lava axmağa başlayıb. ABŞ Geoloji Tədqiqat Xidməti bildirib ki, vulkanda aktivlik təkcə Halemaumau kraterində müəyyən olunub və püskürmənin gedişatına uyğun olaraq təhlükə dərəcəsi ilə bağlı yenidən qiymətləndirmə aparılacaq.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi