Dünya xalqları sionist rejimin Qəzzə cinayətlərinə etiraz edir

Sionist rejimin Qəzzədə qətliam və çirkin cinayətləri dünya xalqlarını ayağa qaldırıb.

Əl Aləm telekanalının məlumatına əsasən, bir neçə ölkədə sionist rejimin Qəzzə xalqına qarşı amansız cinayətlərinə etiraz əlaməti olaraq asiyalar təşkil olunub.

Məlumata görə Parisdə keçirilən etiraz aksiyasında sionist rejimin Qəzzədə müharibəni dərhal dayandırması və soyqırımı siyasətinə son qoyması tələb edilib.

Belçikanın paytaxtı Brüsseldə keçirilən aksiyada Fələstin xalqına dəstək məqsədilə şüarlar verilib və plakatlar daşınıb.

Almaniyanın Berlin şəhərində də müharibənin dayandırılması və humanitar yardımların dərhal fələstinlilərə çatdırılması istənilib.

Berlindən başqa, Almaniyanın digər şəhərləri də anti-israil aksiyalarının şahidi olub.

Stokholmda keçirilən etiraz aksiyasında sionist rejimə dəstək verən Qərb ölkələrinin siyasi mövqeyi qınanıb və məzlum Fələstin xalqına qarşı edilən zülmkarlıq pislənib.

Dnimarkanın paytaxtı Kopenhagen şəhərində işğalçı sionist rejimin fələstinlilərə qarşı cinayətlərinin qəbulolunmaz olduğu vurğulanıb. Eyni zamanda Koldinq şəhərində keçirilən aksiyada İsrailin törətdiyi cinayətlərə görə mühakimə olunması tələb edilib.

İtaliyanın Milan şəhəri də Qəzzə müharibəsinə son qoyulması tələb olunub.

Norveçin Oslo, Cənubi Koreyanın Seul və Kanada da anti-israil aksiyaları keçirilib.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir