Dünya xalqları anti-sionist aksiyaları keçirir

Milad təqviminin yeni ilinin ilk günündə İraq, Türkiyə, Pakistan, Almaniya və Amerikada Fələstin xalqına dəstək və sionist rejimin cinayətlərinə etiraz aksiyaları keçirilib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, dünən (1 yanvar) dünya xalqları bayram şənlikləri əvəzinə küçələrə axışaraq Fələstin xalqına dəstək aksiyaları keçiriblər.

Times İsrael portalı dünən bu barədə yazıb ki, İstanbul şəhərində minlərlə türkiyəli anti-sionist aksiyası keçirib. Aksiyaçılar Türkiyə və Fələstin bayraqları qaldıraraq “İsrail qatildir” şüarları səsləndiriblər.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da dəfələrlə İsrailin Qəzzənin dinc əhalisinə hücumlarını pisləyərək deyib ki, baş nazir Binyamin Netanyahunun Adolf Hitlerdən heç bir fərqi yoxdur.

Yanvarın 1-də Nyu-York, Boston, Berlin, İslamabad və Bağdad şəhərlərində  də İsrail əleyhinə aksiyaların keçirildiyindən xəbər verilir. Yerli qaynaqların məlumatına görə aksiya yürüşlərində minlərlə insan iştirak ediblər.

Related posts

Şəhid Seyid Həsən Nəsrullahın cənazəsinin dəfn üçün hazırlanması – Video

Ənsarullah: İsrail Livana quru hücumlarında çox pis məğlub olacaq

Yəmən: Bundan sonra İsrailə endirəcəyimiz zərbələr məhvedici olacaq