Dünya rekordu ötən həftə təsdiqlənən idmançı faciəvi şəkildə həlak oldu – FOTO

Marafon üzrə dünya rekordunu qıran keniyalı qaçışçı Kelvin Kiptum 24 yaşında həlak olub.

Bu barədə Dünya Yüngül Atletika Assosiasiyasının prezidenti Sebastyan Koe xəbər verib.

Məlumata görə, idmançının idarə etdiyi avtomobil Keniyanın Rift Vadisi bölgəsindəki Nakuru şəhərində qəzaya düşüb. Maşında ondan əlavə, daha üç nəfər olub. Sərnişinlərdən məşqçi həlak olub, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Kiptum 2023-cü ilin oktyabrında Çikaqo marafonunda 42 kilometrlik marafonu 2 saat 35 saniyəyə qət edərək həmyerlisi Eliod Kipçogenin rekordunu yeniləyib. Onun rekordu keçən həftə ratifikasiya edilib.

2023-cü ildə o, London marafonunda da qalib gəlib.

İdmançı 2024-cü ilin yayında Parisdə keçiriləcək Olimpiadada Keniya yığmasının heyətində iştirak etməyi planlaşdırırdı.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)