Dünya çempionu faciəvi şəkildə həlak oldu – FOTO

2015-ci ilin sərbəst xizəksürmə (fristayl) üzrə dünya çempionu olan Kayl Smeyn 31 yaşında faciəvi şəkildə həlak olub. O, Yaponiyanın Naqano prefekturasındakı kurortda qar uçqunu altında qalaraq ölüb.

Tanınmış amerikalı idmançı ilə birlikdə adı açıqlanmayan avstriyalı xizəkçi də həlak olub.

Uçqun zamanı onlar hündürlüyü 2469 metr olan Hakuba Norikura dağında xizək sürüblər.

Polis ölənlərin adını açıqlamasa da, “Mountain Gazette” jurnalı onlardan birinin Yaponiyaya iş üçün gələn Smeyn olduğunu bildirib.

Related posts

İranlı həkimlər ilk dəfə ana bətnində olan dölün beynini əməliyyat ediblər – fotolar

Boliviyadakı “intihar evləri”… – FOTO

Beyin hansı yaşdan sonra qocalmağa başlayır? – Rusiyalı mütəxəssisdən açıqlama