Dünya çempionatında qalmaqal – FOTO/VİDEO

İngiltərənin Şeffild şəhərində keçirilən snuker (bilyard növü) üzrə dünya çempionatı üçüncü oyun günündə ətraf mühitin mühafizəsi fəallarına görə dayandırılıb.

İnsident Robert Milkins və Co Perri arasında ilk tur matçı zamanı baş verib.

Üzərində “Just Stop Oil” yazılmış köynək geyinmiş bir fəal oyun masasının üzərinə çıxıb və portağal tozu səpib. Daha bir fəal isə yaxınlıqda Mark Allen və Fan Çjenginin oynadığı masanın üzərinə çıxmağa cəhd edib, ancaq əməkdaşlar tərəfindən qarşısı alınıb.

Hadisə nəticəsində fəallar saxlanılıblar.

“World Snooker”dən bildirilib ki, yaxın gələcəkdə birinci masada heç bir oyun oynanılmayacaq, çünki örtük zədələnib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi