Dubayda Mossadın ofisinin açılması planlaşdırılır

یائیر لاپید مامور تشکیل دولت جدید اسرائیل شدîêûƒXï?¡é 5Ú

Qafqaztimes xəbər verir ki, Cakob Fridman (ABŞ-ın İsraildəki keçmiş səfiri Devid M. Fridmanın oğlu) öz Twitter hesabında İsrailin Alternativ Baş Naziri və Xarici İşlər Naziri Yair Lapidin Birləşmiş Ərəb Əmirliklərinə gözlənilən səfəri barədə məlumat verib. Orta Şərqin qovşağı olan Dubayda bir Mossad ofisi yaradılacağı gözlənilir.

Cakob bildirib ki, bu, Mossadın Dubaydakı mövcud şəraitdən – ən böyük kəşfiyyat və casusluq əməliyyatlarını həyata keçirmək, həmçinin qonşu Ərəb və İslam ölkələri üzərindəki təsirini genişləndirmək, ticarət və turizm və s. məqsədlərlə Dubaya səfər edənləri izləmək üçün bir baza olaraq böyük bir fürsətdən istifadə etməsini təmin edəcəkdir.

Qeyd olunan tvitin tərcüməsi isə budur: “Yair Lapidin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Mossad ofisinin Dubayda yaradılacağı barədə məlumat aldım. Dubayın Yaxın Şərqin qovşağı olduğunu nəzərə alsaq, Mossad onun vasitəsilə ən böyük kəşfiyyat və casusluq mənbəyindən istifadə edə bilər.”

Related posts

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı

Suriyada son hadisələr: Kürdlərlə (QSD) Culaninin rəhbərlik etidiyi silahlı qüvvələrin atışmasında iki nəfər öldürüldü – ətraflı