Dubay şahzadəsinin nadir avtomobili satışa çıxarıldı – FOTO

Rusiyada Dubay şahzadəsi üçün hazırlanmış uzadılmış təkər bazasına malik 1962-ci ilin “Bentley S2” avtomobili satışa çıxarılıb.

Satıcı maşını 50 milyon rubla (965 min manat) satır. O, iddia edir ki, Dubay şahzadələrindən birindən sonra avtomobili Las-Veqasdakı kazinonun sahibi alıb və 2005-ci ildə nadir “Bentley” Rusiyaya gətirilib. Avtomobilə 6.2 litr həcmli və 200 at qüvvəsinə malik orijinal V8 mühərriki, həmçinin dördpilləli avtomatik transmissiya quraşdırılıb.

2015-ci ildə avtomobil bərpa olunub, 2020-ci ildə isə əyləc sistemi dəyişdirilib. 62 yaşlı “Bentley”nin odometrində təxminən 78 min mil (125,5 min km) məsafə qeyd olunub.

Xatırladaq ki, “Bentley S2” 1959-1962-ci illərdə Britaniya avtomobil istehsalçısı tərəfindən istehsal edilib. Avtomobil 2,3 min nüsxədə buraxılıb, lakin onlardan yalnız 57-si uzadılmış təkər bazası ilə olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi