DSX sərhəd pozucularına qarşı əməliyyatın kamera görüntülərini yayıb (Video izlə)

DSX sərhəd pozucularına qarşı əməliyyatın kamera görüntülərini yayıb. Bu barədə rəsmi məlumatda bildirilir: Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sayıqığı nətcəsində qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçilmənin qarşısı alınmışdır.

Sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilmiş, “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək qaçmışlar. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir