Dövlət Xidməti: “Naxçıvanda bərpa adı altında abidələrin həqiqi siması itib” – FOTO

“Azərbaycanda bəzi abidələr düzgün bərpa olunmayıb”.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, bərpası və inkişafı Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Azərbaycanda ilk də keçirilən “Mədəni irs” forumunun ikinci günündə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, bu ilin iyul-sentyabr aylarında keçirilən növbəti monitorinq də abidələrin acınacaqlı vəziyyətdə olduğunu bir daha sübut etdi:

“Monitorinq zamanı əksər abidələrin qəsdən dağıdıldığı, yandırıldığı, mənimsənildiyi və digər vandalizm aktlarına məruz qaldığı aşkar edildi. Eyni zamanda, düzgün bərpa olunmayan abidələr də var. Məsələn, elə Naxçıvanda bərpa adı altında həyata keçirilmiş işlər abidələrin həqiqi simasının itirilməsinə gətirib çıxarmışdı”.

“Təəssüf ki, işğaldan azad olunan ərazilərdəki abidələrin hamısının monitorinqini apara bilməmişik. Buna ən çox mane olan amillərdən biri də mina təhlükəsinin olmasıdır”, – S.Hacıyeva bildirib.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO