Dövlət katibi: Qəzzədə humanitar vəziyyətdən nigaranıq

Dövlət katibi: Qəzzədə humanitar vəziyyətdən nigaranıq

Sionist rejimə fələstinlilərin soyqırımında dəstəklərini əsirgəməyən ABŞ dövlət katibi Vaşinqtonun Qəzzədə humanitar vəziyyətdən nigaran olduğunu iddia edib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Morko Rubio dünən axşam (15 may) Türkiyədə jurnalistlərə deyib: Amerika Qəzzə xalqının ağrı-acısına laqeyd deyil.

ABŞ dövlət katibinin bu iddiası elə bir haldadır ki, rəsmi Vaşinqton sionist rejimin hərəkətlərini pisləmək üçün heç bir tədbir görməyib və Qəzzə xalqına qarşı qəddar hücumlarında bu rejimi həmişə dəstəkləyib.

Qeyd edək ki, ABŞ İsrailin ən böyük silah tədarükçüsüdür və ABŞ prezidenti Donald Trampın administrasiyası bu yaxınlarda yenidən sionist rejimin yeni silahlara təminatına başlayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib