Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhər, 26-cı məhəllədə dördmərtəbəli yaşayış binasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1998-ci il təvəllüdlü Həsənov Nahid Eyvaz oğlu dördmərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından yıxılaraq 2-ci mərtəbədəki mənzilin artırma hissəsinin üzərinə düşüb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xilasetmə vasitələrindən və avtonərdivandan istifadə etməklə vətəndaşa müvafiq köməklik göstərərək aşağı düşürüb, təcili tibbi yardım briqadasına təhvil veriblər.