Dondurulmuş vəsaitin istifadə üsulu İran İslam Respublikasının ixtiyarındadır

İran İslam Respublikasının XİN mətbuat katibi İranın Cənubi Koreyada dondurulmuş aktivlərinin geri qaytarılması və ABŞ tərəfindən qanunsuz olaraq saxlanılan bir sıra məhbusların azad edilməsi ilə bağlı bəyanat yayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, İran XİN-i bəyanat yayaraq elan edib:

“Cənubi Koreyada ABŞ tərəfindən qanunsuz olaraq İranın dondurulmuş resurslarının geri qaytarılma prosesi başlayıb. İran Amerikanın bununla bağlı öhdəliklərinə əməl etməsi üçün lazımi zəmanət alıb.

Bəyanatda həmçinin deyilir: Dondurulmuş vəsaitin istifadə üsulu İran İslam Respublikasının ixtiyarındadır və bu vəsaitlər ölkənin müxtəlif ehtiyacları üçün xərclənəcək.

Xatırladaq ki, bu günkü xəbərə əsasən, cümə axşamı günü ABŞ-la İran arasında hasil olmuş bu razılıqdan sonra bu vəsaitin hərbi sahədə işlədilməməsi barədə şayiələr yayılıb.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)