Donald Tramp Ağ evdən “OĞURLUQ” edib – Araşdırma başladı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evi tərk etdikdən sonra Floridadakı evinə məxfi məlumatları aparıb.

Bu maraqlı xəbəri “Washington Post” dərc edib. Xəbərdə deyilir ki, bu barədə ABŞ Milli Arxivlər və Qeydlər İdarəsi Konqresə göndərdiyi məktubda qeyd edib. Məlumata görə, Tramp 15 qutu məxfi sənədi mənimsəyib.

Həmin qutuların içərisində gizli milli təhlükəsizlik məlumatları kimi qeyd olunan əşyalar da daxildir. Milli Arxivlər və Qeydlər İdarəsi Hazırda məsələnin detallarını araşdırır.

Qeyd edək ki, “Washington Post” keçən həftə Trampın evinə aparılan bəzi sənədlərin məxfi kimi qeyd edildiyini və bunun, Trampın və ya onun köməkçilərinin üzləşə biləcəyi hüquqi təzyiqi gücləndirə biləcəyini yazmışdı.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)