Dollar saxlayanların nəzərinə!

QafqazTimes.com AiF-ə istinadən xəbər verir: ABŞ-ın dövlət borcu 30 trilyon dolları aşdı. Bu məlumat  ABŞ Maliyyə Nazirliyinin hesabatında yer alıb. Dəqiq rəqəm 30,012 trilyondur. ABŞ tarixində belə dəhşətli borc olmayıb. The New York Times yazır ki, bu vəziyyət on illər sonra üçün proqnozlaşdırılırdı, amma vəziyyət gözləniləndən çox ağır imiş. Borcun yaranma səbəbi kimi koronavirus pandemiyası, işsizlərə müavinət verilməsi göstərilir. Amma hələ koronovirusdan qabaq ABŞ-ın dövlət borcu artmaqda idi. Ötən ilin sonunda Baydenin imzaladığı sənədə əsasən dövlət borcu üçün 31,4 trilyon dollar maksimum təin edilib. Dövlət borcu ABŞ dollarının dəyərdən düşməsi ilə birbaşa əlaqəlidir. Bütün dünyada və Amerikanın özündə dollar qiymətdən düşməkdədir.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur