“Doğru Vəd” əməliyyatında Netanyahu ABŞ-a yalvarıb

“Doğru Vəd” əməliyyatında Netanyahu ABŞ-a yalvarıb

Sionist rejimin Knesset üzvləri baş nazirin Fələstin müqaviməti qarşısında acizliyi və İranın İsrail əleyhinə “Doğru Vəd” əməliyyatından sonra Amerikaya yalvarma faktlarını üzə çıxarıblar.

Əl Aləm telekanalının məlumatına əsasən, İsrailin keçmiş baş naziri və indiki müxalifət partiyasının lideri Yair Lapid dünən gecə (26 iyun) Knesset iclasında deyib: Benyamin Netanyahu “Doğru Vəd” əməliyyatından sonra İsrailin təhlükəsizliyini qorumaq üçün Amerikaya yalvardı. Dünyanın heç bir ölkəsində heç bir ölkə başçısı bu vəziyyətlə bircə gün də hakimiyyətdə qalmazdı. Amma Netanyahu hələ də işinə davam edir.

Yair Lapid Netanyahuya xitab edərək davam edib: Sənin yerində kim olsaydı, 7 oktyabrdan sonra xəcalətindən ölər, bu hadisənin məsuliyyətinə üzərinə götürər, başını aşağı salaraq İsraildən üzr istəyib hakimiyyətdən kənara çəkilərdi.

Netanyahunu danlayan Lapid daha sonra deyib: Sən belə bir vəziyyətdə üzlülüyünə salıb hakimiyyətdə qalmağa çalışan, ölkəni daha çox məğlub etməyə davam edən, vəziyyəti daha da pisləşdirən və arsızca gülümsəyən yeganə adamsan. Belə isə, gülmə, çıx get!

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir