Dırnaqdan kiçik olan İncil görənləri heyrətə gətirdi: Kolleksionerin incisi – FOTO/VİDEO

Türkiyənin Bursa şəhərindən olan Ahmet Erdönmez regionda tarixi əsərlərdən ibarət kolleksiyası ilə tanınır. O, bunların muzeydə sərgilənəcəyi günü səbirsizliklə gözləyir.

Erdönməzin minlərlə əşyadan ibarət kolleksiyasında dırnaqdan da kiçik olan İncil xüsusilə diqqəti çəkir.

Onun sözlərinə görə, Kitab ona Almaniyaya səfəri zamanı tanışı tərəfindən hədiyyə edilib.

“Mən Avropada dəvət aldığım bütün muzey görüşlərinə qatılıram. Avropa Muzey Akademiyasının Türkiyə təmsilçisi olduğum üçün belə tədbirlər bizim üçün çox faydalıdır. Almaniyada bir görüşdə iştirak etdim, orada da sərgi açdım. Həmin tədbirdə tanış olduğum bir bəy mənə bu kiçik incini hədiyyə etdi. Heç bir tarixi dəyəri yoxdur, lakin çox kiçik olduğu üçün maraqlı bir parçadır”, – deyə Erdönməz bildirib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi