DİN sosial şəbəkələrdə narkomanlarla bağlı yayılan video haqqında AÇIQLAMA VERDİ (Video izlə)

Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda olub. Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Paylaşılan görüntülərdə bir neçə şəxsin Mərkəzin həyətində narkotik maddədən istifadə, hətta alqı-satqı etdiyi iddia edilir.

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu açıqlamasında faktı təsdiq edib.

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin həyətində narkomanların peyda olması ilə bağlı videogörüntülərə münasibət açıqlayıb.

Nazirliyikdən verilən məlumata görə, görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

“Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək”, – DİN-dən bildirilib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir