Deputatımız İrəvandan azərbaycanlıları təbrik etdi

Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclası başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə öz sosial şəbəkə hesabında iclasda iştirak edən Milli Məclisin deputatı Soltan Məmmədov paylaşım edib.

Deputat iclasdan fotolar paylaşaraq bu şərhi yazıb: “İrəvandan dünya azərbaycanlılarına salamlar! Su çərşənbəniz mübarək olsun!!!”.

Qeyd edək ki, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov komitə iclasında iştirak etmək üçün İrəvanda səfərdədilər. Onlar iclaslarda müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO