Deputat təsdiqlədi: “Dağıdılan məzar atamındır” – FOTO

Ermənistana səfər edən ingiltərəli bloger dünən “Twitter”də maraqlı şəkil paylaşıb.

Həmin fotoda Zəngəzurun Urud kəndinə aid qəbiristanlıqda “Oğlu Musadan xatirə” yazılı aşırılmış bir başdaşı görünüb. Sosial şəbəkələrdə bunun Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin atasının məzarı olduğu güman edilib.

Məsələ ilə bağlı deputat açıqlama verib. O, təxminlərin doğru olduğunu deyib. 

“Fotodakı məzar daşlarından biri mənim mərhum atamın qəbirüstü abidəsinə aiddir. Digər baş daşıları da bizim qohumlar və həmkəndlilərimizə məxsusdur. Təəssüf ki, işğal altındakı bütün yurdlarımızda qəbristanlığımız belə vandallığa məruz qalıblar”, – deyə M.Quliyev qeyd edib.

Millət vəkili, həmçinin 2006-cı ildə Urud kəndinə getdiyini və dağıdılmış qəbristanlığı gördüyünü deyib:

“14-16-cı əsrlərə məxsus qədim alban-türk məzarüstü abidələrin biri də salamat qalmayıb. Uruddan qayıdandan sonra “Uruda iki səfər” adlı kitab da yazmışam. Həmin kitabın ingilis və fransız dilli versiyaları da çap olunub”.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO