Daş qayaya rast gəldi: Netanyahu ölümlə təhdid olundu

İbri dilli media vasitələri sionist rejimmin radikal baş naziri Benyamin Netanyahunun təhdid edilməsindən xəbər verirlər.

Əl aləm telekanalının məlumatına əsasən, baş nazir Benyamin Netanyahunun son zamanlar ölümlə təhdid edilib və ŞABAK-ın bu xüsusda tədqiqat işlərinə başlayıb.

Məlumatda deyilir ki, bu təhdid onun qardaşının qəbri üstündəki bir məktubla edilib və ona öldürülmə qorxusu yaşadıb.

Təhlükəsizlik xidmətləri təhdidi psixoloji təzyiq kimi təsnif edir, onun əsas məqsədi hədə-qorxudur.

Məktub əslində baş nazirin qardaşına xitabən yazılsa da məqsəd Benyamin olub. Məktubda yazılır:

Saatın əqrəbləri ibri tarixi 5484 və 28 tişeriyə yaxınlaşır. Bu tarix 74 yaşı olduğunu sanan haramzadə qardaşının doğum günüdür.

Haartes qəzetinin yazdığına görə məktub Netanyahuya söyüşlə başlayır və bir neçə tələb də yazılıb. Məsələn Netanyahudan Qəzzəni tamamilə fəth etməsi, 2014-cü ildə orada həlak olan Hadar Guldinin cənazəsinin işğal olunmuş Fələstinə qaytarılması istənilib. Bu tələbə görə Guldinin ailəsi tərəfindən yazıldığı ehtimal edilir.

Məktubun digər hissəsində deyilir: BB (Benyamin Netanyahu), sən Ariel Şaron deyilsən. Şaron insult keçirdi və 8 il komada qaldı. Sənə bundan pisini arzulayırıq.

Məktubun sonunda isə deyilir: Vədə yaxınlaşır, 3 ay yarımdan az vaxtın qalır.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir