“Darul-fətva” mərkəzinin sözçüsü: Sionistlər səfər yüklərini bağlamalı və Fələstini tərk etməlidirlər

Qafqaztimes xəbər verir ki, İraqın “Darul-fətva” mərkəzinin sözçüsü Amir Əl-Bəyati verdiyi bir açıqlamada deyib: “Qüds Günü əlamətdar bir gündür və biz bu günü ərsəyə gətirən şəxsə minnətdarlıq əlaməti olaraq xatirəsini əziz tuturuq.”

O, əlavə edib: “Bu, bütün səylərin birləşdirildiyi və Qüdsü azad etmək üçün bütün qüvvələrin səfərbər edildiyi gündür. Bu gün, Qüdsün azad edilməsi üçün böyük bir motivasiyadır.

İraq “Darul-fətva” mərkəzinin sözçüsü bəyan edib: “Sionistlər səfər yüklərini bağlamalıdırlar. Onlar bir gün oradan çıxacaqlar. Sionistlər işğal etdikləri ərəb və İslam torpaqlarını tərk etməlidirlər.”

Əl-Bəyati belə əlavə edib: “Sevimli Fələstini, Müqəddəs Qüdsü, Məscidül-Əqsanı və Əziz İslam Peyğəmbərinin (s) Merac gecəsində göylərə qalxdığı “Qübbətüs-Səxra”nı heç vaxt unutmayacağıq.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya